"Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb" - Spiker

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib, davamlı inkişaf yoluna çıxarıb.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. 

"Bununla da o tarixi şəxsiyyətlərin dövlətçilik ənənələrini XX yüzillikdə layiqincə davam etdirib və zənginləşdirib", - deyə spiker bildirib.

O qeyd edib ki, Heydər Əliyev dünya miqyasında siyasi və dövlət xadimi olub: “Ulu öndəri dünyanın ən böyük siyasətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Heydər Əliyev xalqımızın xoşbəxt gələcəyinin təməlini qoyub. Onun həyat və faliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, bu yolda bütün çətinliklərə dözmək nümunəsinə çevrilib. Bu gün müasir Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolunda irəliləyir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.