Hicran Hüseynova Soçi bəyanatından yazdı

"Soçidə keçirilən Üçtərəfli görüş və qəbul olunan Bəyanat bir daha göstərdi ki, Azərbaycan vəziyyətə tam nəzarət edir, Ermənistan isə üzərinə götürdüyü yerinə yetirməlidir"- Bunu Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri,professor Hicran Hüseynova deyib. Onun sözlərinə görə, oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə iki saatdan artıq davam edən görüşündən sonra ölkə rəhbərləri tərəfindən birgə bəyanat qəbul edilib "Bu görüşdən əvvəl və hətta görüş günü Ermənistanın və onun havadarlarının ictimai, siyasi, hərbi müstəvidə, hətta müxtəlif ölkələrinin mediasında planlı şəkildə hazırlanan təxribatlara baxmayaraq Azərbaycan Soçi görüşündə də qətiyyətlə bunun qarşısını aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü zamanı iki mühüm məsələ birbaşa Rusiya dövlət başçısının nəzərinə çatdırıldı. Bunlardan birincisi, Ermənistanla münasibətlərin normallaşmasına dair Azərbaycan tərəfindən 5 əsas prinsipin irəli sürülməsidir. Dövlət başçımız bildirdi ki, “ Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”. Digəri isə Qarabağ münaqişəsi artıq tarixdə çüerilməsidir. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Qarabağ münaqişəsi iki il bundan əvvəl həll edilib: “ Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”. Beləliklə Soçi gürüşündən sonra qəbul edilən Bəyanatda Qarabağ və orada yaşayan erməni əsilli əhalinin “statusu” ilə balğı heç bir fikir, söz yoxdur. Bu isə Azərbaycanın öz ərazi bütövlüyünü bir daha təsdiq etməsidir.Eyni zamanda, Qarabağla bağlı bütün məsələlər və fəaliyyətlər Azərbaycanın daxili işidir. Üçtərəfli Bəyatdan sonra Rusiya Federasiyasının prezidenti Putunun “Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq”-fikirləri bir daha göstərir ki, qarşı tərəf bütün imkanlardan istifadə edib ki, hansısa istəklərinə nail olsun. Ancaq Azərbacan Prezidentinin qətiyyətli və dəyiməz mövqeyi bu dəfə də Ermənistanın istəklərini gözündə qoydu. Artıq Ermənistan və onun havadarları, revanşist qüvvələr anlamalıdır ki, Azərbyacan dövləti, Azərbaycan ordusu yeni reallıq yaradıb. Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyub, öz tarixi torpaqlarını azad edib, suveren hüquqlarını, ərazi bütövlüyünü bərpa edib. Onlar bunu anlamalı və hazırkı vəziyyətə uyğun davranmalıdırlar. Bu gün Ermənistan dərk etməlidir ki, onu düşdüyü bu dalan vəziyyətdən yeganə xilas yolu Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh müqaviləsini imzalamaqdır. Bütövlükdə, bütün mürəkkəb vəziyyətə, gərginliyə və edilən təzyiqlərə baxmayaraq, Soçi görüşündə Azərbaycan öz dövlət maraqlarını yüksək səviyyədə qorudu və ölkə başçısı İlham Əliyevin təklif etdiyi 5 təməl prinsip əsasında sülh müqviləsinin imzalanması üçün yeni imkanlar yarandı".

SABAHİNFO.AZ