İcra Başçısı Yasamal sakinlərini dinlədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün fevral ayı üzrə növbəti səyyar qəbul keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü  rayon bələdiyyəsinin  akt zalında baş tutdu. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. 

Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri mənzil təminatı, qəzalı yaşayış evlərnin təmiri, qaraj üzərində mülkiyyət hüququ, küçələrin işıqlandırılması, maddi yardım, Birinci Qarabağ müharibəsi veteranlarının sosial təminatı, Sovetksi sakinlərinə ayrılan kompensasiya məbləği, rayondakı yaşıllıqlara texniki qulluq və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.

İki saatlıq qəbul zamanı İcra başçısı Elşad Həsənov müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verdi.RİH başçısı bəzi sakinləri fərdi qayda da dinlədi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.