İctimai Birlik təlim keçib

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Onların Ailələrinə Yardım” İB-i Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan gənc xanımların peşə təlimi və peşə təhsilinə marağın artırılması üzrə təşəbbüslər” layihəsininin ilk təlimi keçirib.
Təlimlər sayəsində xüsusi qayğıya ehtiyacı olan gənc qız və xanımlar müxtəlif peşə sahələrini öyrənmiş olacaqlar və peşə öyrənməklə gələcəkdə iş tapmaları üçün imkanların yaranması üçün ilkin addımlar atılacaq, əlaqələr qurmağı öyrənəcəklər, informasiya əldə edəcəklər, özlərini tək, təcrid olunmuş hiss etməyəcək, asudə vaxtlarını səmərəli və maraqlı keçirə, intellektual səviyyələrini artıra, ictimaiyyətlə sıx virtual əlaqə saxlaya biləcəklər.