İki iqtisadçı qardaşdan "Əmək Pensiyaları" haqqında qanuna edilən dəyişiklərə fərqli yanaşma

"Əmək Pensiyaları” haqqında Qanuna yeni dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Çox saylı sulları nəzərə alaraq SABAHİNFO.AZ məsələyə aydınlıq gətirməyə çalııb. 

Qanuna edilən dəyişiklik barəsində danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki,  dəyişikliklərdə məqsəd pensiyaya çıxış imkanlarını daha da genişləndirməkdir: "Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Pensiya amnitsiyası adlandırılan həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatıırdı. Yeni dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır. Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il ştaj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq, əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa o zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq vəsaiti olanlar pensiya almaq hüququn malik olacaqlar. Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız da yaşaya görə müavinət deyil, pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək".

İqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, “Əmək pensiyaları haqqında” qanuna 43 dəyişiklik layihəsini qəbul edib. Yandaş mətbuat sözügedən dəyişiklikləri pensiyaçılara şad xəbər başlığı ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət kimi təqdim etdi. Əslində biləndə ki, nə dəyişib, hökümətin "sosial qayğısı" nələrdən ibarətdir onda hakimiyyətin pensiyaçıları necə doladıqları bəlli olur.  "Dəyişikliklər 18-20 min pensiyaçının təqaüdünə təsir göstərəcək ki, bu da ən yaxşı halda 1,6 faiz pensiyaçını əhatə edir. Dəyişikliklər üçün 4,2 milyon manat vəsait ayrılacaq ki, bu da gələn il pensiyalar üçün nəzərdə tutulan vəsaitin 0,084 faizini təşkil edir. Dəyişikliklər pensiya yaşının azaldılmasına deyil, artırılmasına xidmət edir. Belə ki, gələn ilin iyul ayının 1-dən qadınlar üçün pensiya hüququ 63 il 6 aydan sonra yaranacaq. Dəyişiklərin yaşa görə müavinətə təsiri yoxdur. Qocalıq müavinəti 180 manat olaraq qalır. Dəyişikliklərin minimum pensiyaya da təsiri olmayacaq. Pensiyalararın minimum məbləği 240 manat olaraq qalır. Bu məbləğdən yuxarı pensiya almaq üçün də pensiya kapitalı 34 560 manatdan çox olmalıdır. Təəssəvür edin ki, ən azı 25 il işləyib 34 560 manat pensiya kapitalı toplayan 65 yaşlı kişi, 63,5 yaşlı qadın 2023-cü ildə pensiya çıxarkən ayda 240 manat təqaüd alacaq. Halbuki, 34560 manatı bankda depozitə qoyub aylıq pensiya məbləğindən dəfələrlə çox faiz gəliri əldə etmək mümkündür".

Q.İbdaoğlu bildirib ki, 34600 manatı AccessBanka 24 ay müddətinə qoyanda illik 9,5 faiz və ya 3287 manat gəlir əldə etmək mümkündür ki, bu da ayda 274 manat edir. Gördüyünüz kimi aylıq faiz gəliri, aylıq minimum pensiya məbləğindən 34 manat çoxdur.

Beləliklə də 2 ilə 6574 manat faiz gəliri qazanmaq və müddətin yekununda da 34560 manat əmanətini geri götürmək mümkündür.

Dostlar, mən bu müqayisə ilə bankların depozit siyasətini reklam etmək fikrindən uzağam, məqsədim bu hakimiyyətin pensiyaçılara münasibətdə yeritdiyi soyğunçu siyasətini ifşa etməkdir.

Əziz pensiyaçılar inciməyin mən də sizə şad xəbər çatdırmaq həsrətindəyəm, amma mən yalan danışa bilmirəm, ona görə də acı olsa da reallığı yazıram. Yeganə müsbət gözlənti odur ki, gələn ildən pensiyalar 14-15 faiz civarında indeksləşdiriləcək. Amma bu növbəti il pensiya çıxanlara şamil olunmayacaq, ancaq hazırda pensiya alanların inflyasiyadan dəyərsizləşən pensiyaları bu il üçün nominal əmək haqqının artımına uyğun olaraq 1 yanvar tarixindən indeksləşdirilir.

Dəyərli izləyicilər, biz nə qədər susacagıq, hazırkı yaşayışımıza və gələcəyimizə laqeyd olub haqqımızı tələb etməyəcəyik, pensiyalar, müavinətlər və təqaüdlərlə bağlı dövlət siyasət belə də davam edəcək, hələ bundan da pis olacaq.

Perspektiv belədir: bu hakimiyyət dövründə nə uşaq pulu olacaq, nə də layiqli pensiya, müavinət və maaşlar olmayacaq. Müharibə iştirakçıları 80 manat, 3-cü qrup əlillər 130 manat müavinətlə 22 faizlik ərzaq inflyasiyaın "sinə" gələrək yaşayıb, çoxları pensiya yaşına çatmamış da dünyasını dəyişəcək.