İltizam Yusifovdan mühüm təkliflər

Milli Məclisin deputatı "Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliyə  münasibət bildirib. Qeyd edib ki, keçən payız sessiyasında vətənlaşların ölümü ilə nəticələnən avtobus qəzaları ilə bağlı, o cümlədən sərnişindaşımada icbari qaydada tələb olunan sərnişinlərin fərdi qəza sığortasının işləməməsi barədə çıxışı olub:  "Əslində müzakirəyə təqdim olunan qanunun köhnə redaksiyasında da Avtomobillərin texniki baxışı zamanı şərnişinlərin fərdi qəza sığortasını təsdiq edən icbari sığorta şəhadətnaməsi də tələb olunurdu. Lakin qanunun bu tələbi hansısa səbəbdən işləmirdi.

Bu gün qanuna edilən dəyişikliklərə görə sərnişin daşıma xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə şərnişinlərin fərdi qəza sığortasını təsdiq edən icbari sığorta şəhadətnaməsi mövcudluğu artıq elektron informasiya sistemi vasitəsilə yoxlanılması tələbi qoyulur. Bu dəyişikliyi məqbul sayıram, amma hesab edirəm ki, qanunda bəzi məqamlar yenə açıq qalır: Sual olunur : Texniki baxış zamanı müvafiq icra orqanı texniki baxışdan keçən avtobusun səhərdaxili və ya səhərlərarası sərnişindaşıma fəaliyyətini necə müəyyənləşdirəcək ? Hansı ki, birində sığorta tələb olunur, digərində isə tələb olunmur.

Misal üçün: Təsəvvür edin, fərdi qəza sığortası tələb olunmayan, şəhər daxilində işləyən bir avtobus günlərin birində bir şəhərdən digər şəhərə sərnişin daşıyacaq və qəza törədəcək. Onda nə olacaq? Necə ki, bu gün bu hallar baş verir.

Bilirsiniz ki, sərnişin daşıma ilə əsasən fiziki şəxşlər məşğul olurlar. Bu yaxşı haldır və bu belə də olmalıdır, Dövlət bu sahə ilə məşğul olmamalıdır. Bu fəaliyyət növü lisenziyalaşdırılmır, sadəcə çox asan prosedurla fərqlənmə nişanı almaq tələb olunur.

Bəli , Dövlətimiz sahibkarlara, fiziki şəxslərə münbit şərait yaradıb ki, bu fəaliyyət növü ilə məşğul olsunlar. Amma kiminsə pul qazanması, ailəsini dolandırması, hansısa ailənin başsız qalması hesabına olmamalıdır.

Mən hesab edirəm ki, burada əsas məqam sərnişinlərin, vətəndaşlarımızın təhlükəsizliyidir. Mütləq mənada icbari qaydada şərnişinlərin fərdi qəza sığortası işləməlidir".

Deputat gələcəkdə bu sahədə yarana biləcək problemlərin həlli üçün təkliflər səsləndirib: "Avtobusların texniki baxışa təqdim olunan sənədləri içərisində əlavə olaraq daha bir sənəd-fərqlənmə nişanı da təqdim olunmalıdır. Yəni bilinsin ki, hansı xidmət göstərilir. Çünki, bu gün fəaliyyət növünü müəyyənləşdirən-fərqlənmə nişanı verən və texniki baxış aparan qurumlar ayrı-ayrı icra orqanlarıdır və onların vahid elektron informasiya bazası yoxdur. Bununla yanaşı Artıq bu məlumat elektron informasiya sistemində olduğu üçün təklif edirəm ki, Avtobuslar magistral yollarda hərəkət etdikdə, səhərdaxili və ya səhərlərarası sərnişindaşıma xidməti göstərməyindən asılı olmayaraq, Yollarda quraşdırılan elektron qurğular şərnişinlərin fərdi qəza sığortasınının olub-olmamasını dərhal və mütləq qeydə almalıdırlar"
Deputat onu da vurğulayıb ki, məsələ insan həyatı ilə bağlı olduğu üçün mən bu məsələyə diqqət çəkmək vasibdir: "Hesab edirəm ki, təkliflər nəzərə alınaraq bu qanun qəbul olunandan sonra artıq müntəzəm sərnişin daşımada qayda-qanun yaratmaq, məcburi hesab edilən şərnişinlərin fərdi qəza sığortasının işləməsi mümkün olar və vətəndaşlarımiz xoşagəlməz hallardan və qəzalardan sığortalanmış olarlar".