İngilis dilində elmi məqalələrlə milli mənəvi dəyərlərin təbliği adlı layihənin icrasına başlanıb

İngilis dilində elmi məqalələrlə milli mənəvi dəyərlərin təbliği adlı layihənin icrasına 01/07/2023-cü il tarixindən başlanmışdır .Bunu Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyin sədri Fərqanə Əliyeva bildirib. Layihə rəhbəri bildirib ki, layihə çərçivəsində01/02-2022-ci il tarixində atribut.info.az adlı sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılmışdır.Layihənin davamı olaraq Elmi məqalələr ingilis, rus və türk dilində hazırlanaraq atribut.info.az saytında və xarici ölkədə yayımlanacaq. Görülmüş işlərlə bağlı İctimaiyyətə ətraflı məlumat veriləcək.

Layihənin ictimai aktuallığndan danışan İB-nin sədri F.Əliyeva bildirib ki,Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır.Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Müsbət dəyərləndirilməli məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti göstərilməlidir. İnsanın mənəviyyatı, bir tərəfdən, genetik əsaslara malik olsa da əsasən sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mədənimənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm rol oynayır. İnsanın formalaşdığı ictimai mühit mövcud dəyərlər sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə münasibətləri, təhsili və s. bu kimi elementlərin sintezindən ibarətdir. Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq rakursu ilə yanaşı əvvəlki nəsillərdən qalmış sənət əsərləri, xüsusən bədii ədəbiyyat təsiri ilə formalaşır. Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Bayağı mədəniyyətin ayaq açıb yeridiyi, xarici ölkələrdən millimənəvi mühitimizə yabançı olan təsirlərinin gücləndiyi bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə həyəcan təbili çalmaq lazımdır. Milli dəyərlərə söykənən dövlət quruluculuğu xalqın milli şüuruna, mənəvi dəyərlərinə istinad edir və dediklərimizin gənc nəsilə aşılanması ən vacib məsələlərindən biridir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən icra edilləcəkdir. Layihə 01/07/2023-01/09/2023-cü il tarixlərini əhatə edəcəkdir.