İnsan alverinə qarşı mübarizə təşkilatı layihəyə start verdi

 Məişət zorakılığı zəminində fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizəni özündə ehtiva edən "Şiddətə yox de!” adlı qısametrajlı film çəkiləcək. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyinin həyata keçirdiyi “Zorakılıq hallarına qarşı mübarizədə müasir metodların təbliği” adlı layihəsi çərçivəsində ərsəyə gələcək qısametrajlı film geniş arenada təbliğ olunacaq. Layihənin rəhbəri Ramiz Alıyevin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi 

"Şiddətə yox de!” adlı qısametrajlı film vasitəsi ilə cəmiyyəti məişət zorakılığı, cinsi zorakılıq hallarına və ümumiyyətlə insan alverinə qarşı maarifləndirilməsindən ibarətdir. Layihə çərçivəsində çəkiləcək film sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitəsilərində yayımlanacaq.