İnsan alverinin qurbanı olmamaq üçün nə etməli? - ANALİZ

2004-cü ildə “İnsan Alverinə qaşı mübarizə haqqında” Qanun qəbul olunub və Milli Fəaliyyət Planı təsdiq edilib. Həmin ildə İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılıb və sonradan Baş idarə adlandırılıb. Məhz ondan sonra bu sahədə mübarizə tədbirləri daha kəskin xarakter aldı. Azərbaycan həm də Transmilli Cinayətkarlıqla Mübarizə Konvensiyasının üzvü olduğu üçün burada sərt tədbirlər həyata keçirir”.

Bu barədə Publika.az-a danışan İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyevin sözlərinə görə, hüquq-mühafizə orqanlarında insan alverinə qarşı mübarizə ilə bağlı şöbələr və bölmələr fəaliyyət göstərir:

“İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yanında 45 QHT-nin qoşulduğu İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası bu sahədə maarifləndirmə, qurbanların müəyyən olunması, sığınacaqlara yerləşdirilməsi kimi işlərlə məşğuldur. Hazırda Elm və Təhsil Nazirliyi, DİN və QHT Koalisiyası paytaxtın və regionların bütün təhsil ocaqlarında mütamadi maarifləndirici tədbirləri həyata keçirirlər. İnsan alverinə qarşı mübarizə çərçivəsində “İfşa” adında 10 seriyadan ibarət tammetrajlı bədii film çəkilib, “İnsan alverinin qurbanı olma”, “Mələklərin qurtuluşu” adlı qısametrajlı filmlər ərsəyə gətirilib. Bu işlərlər kifayətlənmək olmaz və bu sahədə fəaliyyət davam etməli, yeni tam və qısametrajlı bədii və sənədli filmlər, videoroliklər çəkilərək itimaiyyətə təqdim olunmalıdır. Hazırda sosial şəbəkələr üzərindən də işlər davam etdirilir. DİN–nin tərəfindən “Facebook” və “İnstagram” sosial şəbəkələrində yaradılmış səhifələr vasitəsilə maarifləndirmə məqsədilə posterlər yayımlanır”.


R.Alıyevin sözlərinə görə, insan alveri qurbanları polisdən çəkindikləri üçün vətəndaş cəmiyyəti üzvlərinə və Koalisiyanın tərkibində olan QHT-lərə müraciət edirlər:

“Həmin şəxslər dərhal sığınacaqlara yerləşdirilir və bu barədə Baş İdarəyə məlumat verilir. Baş İdarə həmin şəxsi nəzarətə götürür və öz sığınacağına yerləşdirir. Sonra ona zərər verən səxslər, yaxud cinayətkar qrupla bağlı araşdırmalar başlanır, cinayətkarlar aşkar edilərək məsuliyyətinə cəlb olunur. Eyni zamanda onun bütün tələbatları ödənilir, müalicə prosesi başlayır və bütün lazımi addımlar atılır. Həmçinin, zərərçəkən toxuculuq, dil, komputer, digər peşələri öyrənmək üçün kurslara cəlb olunurlar. Dövlət tərəfindən ona müəyyən məbləğdə müavinət ayrılır və sığınacaqda öyrəndiyi peşəyə uyğun işlə təmin olunur”.