İrina Zaretska İrlandiyada çempion oldu

Azərbaycanın qadın karateçisi İrina Zaretska İrlandiyanın paytaxtı Dublində keçirilən Karate-1 Premyer Liqa turnirinin qalibi olub.

Sabahinfo.az xəbər verir ki, 68 kq çəki dərəcəsində yarışan idmançı finalda əsas rəqibi isveçrəli Yelena Kiriçini məğlub edərək birinci yeri tutub.

Qeyd edək ki, bu, Zaretskanın bu il Premyer Liqanın mərhələlərində ikinci qələbəsidir. Daha əvvəl o, Rabatda (Mərakeş) qalib gəlib.