Kitablar səltənəti: Xalq yazıçısı Elmira Axundova

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından biri Xalq yazıçısı Elmira Axundovanın “Həmkarlarımla üz-üzə” kitabı haqqında məlumat verilir. “Yaz, Elmira, yaz, bu səndə pis alınmır”, – deyən Ulu Öndərimizin sözləri istedadlı qələm sahibi, əsərləri ilə özünü təsdiqləmiş Elmira xanım Axundovaya ünvanlanmışdı. Elmira Axundova Azərbaycanın çətin günlərində informasiya blokadasının erməni lobbisi tərəfindən çox güclü təbliğatı ilə üz-üzə dayana bilən, qələmiylə döyüşən,  Vətən və xalq təəssübünü çəkən, onun ağrı-acısını, faciələrini çoxsaylı oxucusu olan “Literaturnaya qazeta”nın xüsusi müxbiri kimi keçmiş SSRİ rəhbərliyinə və beynəlxalq ictimaiyyətə çatdıran jurnalist olub. Elmira Axundovanın ədəbi, ictimai-siyasi müstəvisindəki əməyi danılmazdır. “Həqiqət anı”,  “Poliqrafçının ölümü”,  “Bu bizik”,   “Şüşə saray”,  “Naşirin qətli” və bir çox kitabların müəllifi olan Azərbaycanın Xalq yazıçısı E.Axundovanın irihəcmli monumental işi – 7 kitabdan ibarət olan  Heydər Əliyevin həyat yoluna həsr olunmuş  “Şəxsiyyət və zaman” adlı bioqrafik romandır. Adi qəbildən olmayan “Həmkarlarımla üz-üzə” kitabını oxuyanlar isə Elmira xanımı verdiyi müsahibələrlə onun həyatı, valideynləri, doğmaları və iş üsulu ilə də tanış olacaqlar.  Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə  İldırım təqdim ediyi videoçarxda kitabdan  maraqlı parçanı səsləndirir. “Cavanlıqda ateist olmusunuz, bəs indi?” – sualına Xalq yazıçısı cavab verir ki, indi Allaha inanıram. Mən Heydər Əliyevlə Ümrə ziyarətində olarkən ordan gətirdiyim üzüyü 25 ildir ki, barmağımdan çıxarmıram....”. Videoçarxda Xalq yazıçısının İslam haqqında müqəddəs Quran haqqında maraqlı fikirləri də izləyicilərə təqdim olunur.  Şahzadə İldırım: “Oxuyun. Elmira xanım haqqında bilmədiklərinizi bu kitablarda...”,  – deyir. Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:  https://www.youtube.com/watch?v=LxakfJLIlFs