Kitabxanada  milli mətbuatımızın 150 illik yubileyi qeyd olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar kitab sərgisi təşkil etdi. Bir sıra mətbuat orqanlarının rəhbərlərinə, tanınmış media nümayəndələrinə təbrik məktubları göndərildi. Məktubda qeyd olunur ki, milli mətbuatımız tariximizin ayrılmaz tərkib hissəsidir və keşməkeşli informasiya əsrində onun üzərinə böyük vəzifələr və məsuliyyət düşür.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, yazıçı-publisist, Pərixanım Mikayılqızı kitabxanaya milli mətbuatın 150 illiyinə həsr olunmuş məqalə təqdim etdi. Müəllif milli mətbuat tariximizə qısa ekskurs edərək ilk milli qəzetimiz olan “Əkinçi”ni milli mətbuatımızın bayraqdarı adlandırır. Qəzetin jurnalistika sahəsində peşəkar kadrların formalaşmasında, ana dilimizin inkişafı və təbliğində, savadsızlığın aradan qaldırılması və  insanların maarifləndirilməsində böyük rolunu vurğulayır. Məqalədə qeyd olunur ki, qəzet təkcə Azərbaycanda yaşayan həmvətənlərimizin deyil, Vətəndən uzaqda yaşayan ziyalıların  yazılarını da dərc edirdi. 

Məqalə aşağıdakı keçiddə oxucu və izləyicilərə təqdim olunur:

https://drive.google.com/file/d/1HVUJzNMMJwCu-xsdJBtv5xphWcTonzgY/view