Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni nagıl təqdim edildi

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Yasamal rayon MKS-ində Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən kitabxanada yazıçı və şairlərin Azərbaycanın təbiətinə, flora və faunasına həsr olunmuş yazıları toplanır.

Azərbaycanın zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ayrı sortlu bitki növü yayılmışdır.

Şair, yazıçı, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis balaca oxuculara yeni yazdığı “Çinarənin çinarı” nağılını təqdim etdi.

Nağılda müəllif uşaqlara çinar ağacı haqqında maraqlı məlumatlar verir, bu ağacı qorumağı tövsiyə edir. Balaca Çinarənin nümunəsində yazıçı uşaqları ağaclara qulluq etməyə, onları qorumağa, yaşıl dünyanı sevməyə çağırır.

Nağılı https://drive.google.com/file/d/1OvkDNMIilADnONtUbE6PXp5LFJV0DsJn/view?usp=sharing keçiddə oxumaq olar.