“Kontakt Home” Mağazalar Şəbəkəsi nə dərəcədə haqlıdır?

Zaman bizi elə formalaşdırıb ki, düşdüyümüz mühitdə, yaşadığımzı yerdə ideal cəmiyyət axtarırıq. Sanki idealizm axtarışına çıxmışıq. Paytaxtımız Bakıda, regionlarda, çalışdığımız yerdə, ictimai nəqliyyatda harada olmağımızdan asılı olmayaraq məsələlərə alternativ baxış və yanaşmalarla öz fikrimizi sərbəst ifadə edir, ən çox da tənqidi fikirlərə əsaslanaraq dediyimiz idealizmin təbliğatçısına çevrilirik. Ancaq araşdırmaq aparsaq görərik ki. heç də dünya miqyasında bu idealizm deyilən yanaşma yoxdur. Bizə demokratik görünən ölkələrdə, şirkətlərdə, yerlərdə bu ideologiya yalnız sözdədir.

Cəmiyyətin inkişafı üçün tənqid gözəl metod olsa da təndiq edərkən məsələlər hər tərəfli araşdırılmalı, ən əsası informasiya cəmiyyətə dolğun və dürüst çatdırılmalıdır. Məsələlərə birtərəfli yanaşma, tələskənlik isə böyük yanlışlığa yol açır ki, bu da istər istəməz həm görülən müsbət işlərə kölgə salır, ən əsası zaman itkisi ilə yanaşı insan əsəblərinin korlanması ilə nəticələnir.

Müşahidələr onu deməyə əsas verir ki, son zamanlar vətəndaş cəmiyyətinin elə bir təbəqəsi formalaşıb ki, bu təbəqə həm tez unutqan, həm məsələlərə tez reaksiya verən, araşdırma aparmadan, məsələnin mahiyyətinə varmadan mühakimə yürüdür. Burada təbii ki, bizlərə verilən demokratik dəyərlərin də rolu var. Sosial şəbəkələrdə verilən demokratiya hər bir istifadəçinin bu yolu tutmasına ciddi əsas verir. Hər kəs də bu imkanlardan öz məqsədinə görə istifadə edir. Ancaq mahiyyət etibarilə bunun yanlış tərəfləri də var. Bu da yuxarıda sadaladığımız kimi məsələlərə konseptual deyil bir tərəfli baxmaqdan irəli gəlir.

Müharibədən çıxmışıq. Təbii ki, bu müharibə bizə bir çox məsələləri aydın etdi. Aydın etdi ki. Azərbaycan xalqı əzimkar xalqdır. Qələbə qazanmağa layiq, vətənpərvər ən əsası milli məsələlərdə birgə addımlamağı bacaran bir xalqdır. Dərd bu deyil. Dərd müharibədən sonra, qələbə sevincimizə kölgə salmamağa çalışmaqdır.

Son günlərdə gündəmi zəbt edən “Kantakt Home” Mağazalar şəbəkəsi ilə əhid ailəsi arasında olan problem diqqətimi cəlb etdi. Biraz zaman ayırıb məsələni araşdırmağa qərar verdim. Araşdırma zamanı məlum oldu ki, bu məsələ əslində başqa səbəblər əsasında baş vermiş, və əsası məlumat cəmiyyətə birtərəfli araşdırmanın nəticəsi kimi təqdim olunub. Belə ki, sözügedən məsələdə ailədaxili münasibətlər əsasında formalaşan ziddiyət sonda şirkətin ayağına yazılıb. Biraz ətraflı deyim ki, SABAHİNFO.AZ saytı olaraq araşdırma zamanı məlum oldu ki, şəhidimiz, başımızın tacı Şirəli Adilov bu uca zirvəyə ucalandan sonra yoldaşı ata evinə gedib. Şəhidimiz dönərçi işləyib. Ailənin dolanışığını təmin edən Şirəli qardaşımız təkcə öz ailəsinə deyil, eyni zamanda anası, qardaşı və sudurğa xəstəsi olan bacısına baxıb. Onların ehtiyaclarını qarşılayıb. Güman ki, onun kredit götürmək imkanları məhdud olduğu üçün kredit onun həyatı yoldaşı tərəfindən reallaşdırılıb. Şirkətin yaydığı məlumatda da bu öz əksini tapır. Bu məsələnin bir tərəfi. Məsələnin digər tərəfi istehsalatda işlənmiş malın yenidən satışı məsələsi elədə asaın başa gələn bir iş deyil. Yəni, işlənmiş malı yenidən emal edib müştəriyə təqdim etmək çox xərc apardığından bir çox şirkətlər buna getmir. İndi sual oluna bilər ki. bəs onda Kontakt Home niyə belə bir addım atıb?

Suala cavab əslində ortadadır. Bir sıra şirkətlər var ki. onların daxili qayda-qanunları var. Bəli, gecikmə oldu heç nəyin ağına-qarasına baxılmır. Ödədiyin pul, tökdüyün dil əbəs olur. Gəlirlər götürüb gedirlər. Burada isə söhbət şəhid ailəsindən gedirsə əslində məsələnin kökü başqadır. Belə ki, kreditin adına rəsmiləşdirildiyi şəhidimizin qaynənəsi Azadə Məmmədova belə bir istəkdə bulunub. Yəni, bu məsələ şirkət və şəhid ailəsi məsələsi deyil. Bu məsələ iki ailə arasında doğan problemlərdən qaynaqlanır. Biraz da mahiyyətinə varmaq düşünürəm ki, ailələrin münasibətlərində olan boşluqların qabarmasına gətirib çıxaracaq o üzdən bu məsələni çox qabartmaq istəmirəm.

Qaldı ki. “Kontatk Homa”. Adım qara siyahıdadır. Bu şirkətdən də nə ömrü boyu kredit götürmüşəm, nə də ki gedib qapıalrına dirəşsəm mənə kredit verəcəklər. Ancaq dostlar, qardaşlar bu şirkətin 44 günlük müharibə zamanı etdiklərini gəlin unutmayaq. Kontakt Home Azərbaycanda ilk şirkətlərdəndir ki. müharibəyə yollanan əməkdaşlarının əmək haqqısı ilə yanaşı onların ailələrinə yardımların edilməsində fərqlənib. Google axtarış proqramında kiçicik araşdırma aparsanız bunun şahidi ola bilərsiniz. İkinci məsələsə bu şirkət Orduya Dəstək Kompaniyasında ən fəal iştirak edən şirkətlərdən olub. Yaşat Fonduna ianə, gəlirlərdən Orduya Dsətək kompaniyasına kimi bir çox layihələrə reallaşdırılıb. Ən sonda isə şəhid ailələrinin kredit borclarını ləğv edib. Yenə sual meydana çıxır ki. bəs necə olur ki, Şirəli qardaşımızın borcu silinməyib? Ona görə ki. bu borc ona yox, ailəsinə yox qaynənəsinə məxsusdur. Mebelin qaytarılması istəyi də Azadə xanımın təşəbbüsü olub. Ailələr arasında olan münasibətlərdən doğan məsələdir ki. Azadə xanım ödənişləri vaxtı-vaxtında etsə də, heç bir gecikməsi olmasa da özü bu istəkdə bulunub. Niyə bu məsələni heç kim araşdırmır? Biz nədənsə Qələbə sevincimizi tez boğmağa çalışırıq. Şəhidliyi, qaziliyi sosiallaşdırırıq. Təbii ki, bu yöndə bir yazımız daha olacaq... Ancaq yataqda şəhidimizin qoxusu, onun ruhunun dolaşdığını və onun ruhu qarşısında baş əyərək sonda demək istəyirəm ki, gəlin şəhid ruhunu incitməyək.

 

P.S bir sıra KİV-lərdə eləcə də sosial şəbəkə istifadəçiləri “Kontakt Home” Şirkəti ilə bağlı məlumat dərc olunan kimi, şirkətin keçmiş sahibi Milli Məclisin deputatı Elnur Allahverdiyevi hədəf alırlar. Bu məsələdə də tələskənlik, tez mühakimə yürütmək metodu özünü göstərir. 11 sentyabr 2020-ci ildə teleqraf.com saytına açıqlama verən Elnur Allahverdiyev vurğulayıb ki, altıncı çağırış Milli Məclisə deputat seçilməsindən sonra sahibkarlıq fəaliyyətinə son qoyub və şirkətdəki vəzifəsindən istefa verib. Qaldı ki, Elnur Allahverdiyevin şəhid ailələri, qazilərə diqqət və qayğısına bunu Yasamal sakinləri, Yasamalda şəhid ailələri və qazilərimiz daha yaxşı qiymətləndirə bilərlər. Görülən xoş işləri təbliğ etmək reklamdır. Bu yanaşmadan çıxış edən E.Allahverdiyev isə özünü reklama deyil, əməli işə kökləyib. Bunu bilənlər bilir...

Ədil Ədilzadə