Koronavirusa qarşı yeni preparatın istehsalına başlayıb

Rusiyada koronavirusa qarşı yeni preparatın istehsalı başlayıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib . Qeyd olunur ki, yeni preparat koronavius keçirmiş insanların qan plazması əsasında yaradılıb. Nazir bildirib ki, "KOVİD-qlobulin" preparatı yüksək konsentrasiyalı immun qlobulindir və virusu neytrallaşdırmağa kömək edir.