Koronavirusla mübarizəyə 384 milyon manat sərf edib

2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə üçün ayrılan vəsaitin həcmi açıqlanıb. Modern.az-ın məlumatına görə bu barədə məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb. Sənədə əsasən, dövlət büdcəsindən pandemiya ilə mübarizə üçün 384,3 milyon manat vəsait sərf olunub.