Kriminal qruplar arasında dava ilə bağlı DİN-dən AÇIQLAMA 

Paytaxtın Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında münaqişə olması ilə bağlı əsassız iddialar yayılıb.

DİN-in Mətbuat Xidmətindən Sabahinfo.az-a bildirilib ki, avqustun 8-də saat 20:25 radələrində rayonun 1-ci Alatava küçəsində qonşular - 1969-cu il təvəllüdlü Bəhmənov Mirəli Mirəlövsət oğlu orada yaşayan 1971-ci il təvəllüdlü Həmidov Ədalət Mirzətulla oğluna kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb. Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi araşdırma aparılır.