"Laçındakı hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır" - İlham Əliyev

"Laçın rayonunda beynəlxalq hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası zamanı deyib. 

"Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, onlardan ikisi işğaldan azad edilmiş ərazilərdə (Füzuli və Zəngilan – red) xidmət edir", - prezident bildirib. 

Ölkə lideri qeyd edib ki, Laçın hava limanının istifadəyə verilməsi ilə Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.