Lənkəranda itkin düşən kişinin meyiti asılı vəziyyətdə tapılıb

Lənkəranda dörd gündür itkin düşən şəxsin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər Lənkəran şəhəri Mirsalayev küçəsi 56 ünvanındakı evdə 1966-cı il təvəllüdlü Məmmədağa Əyar oğlu Əhmədovun meyiti asılı vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Yaxınları M.Əhmədovun dörd gündür itkin düşdüyünü bildiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.