Lerik sakini qohumunu güllələyib

Lerik sakini ehtiyatsızlıqdan tüfənglə qohumunu yaralayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 2-də Lerik rayonunun Veri Əliabad qəsəbəsində yaşayan L.Rəhimov həyətində pnevmatik tüfənglə ehtiyatsız davrandığı üçün açılmış atəş nəticəsində qohumu T.Rəhimova xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti qənaətbəxşdir.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən S.Rəhimovdan tüfəng götürülüb.

Araşdırma aparılır.