Sabahinfo.az – ın məlumatına görə, L.Əliyeva Dördüncü Beynəlxalq muğam festivalı
barədə fikirlərini bölüşüb.
Leyla Əliyevə jurnalın yeni nömrəsinin sayında xanəndə Alim
Qasımova xüsusi diqqət ayırıb.
"Xanəndə Alim Qasımov dünyada ən çox sevilən muğam ifaçılarından
biridir. Onun bu dərəcədə populyarlığının sirri nədədir? Yəqin ki, bu suala
birmənalı olaraq cavab vermək qeyri-mümkündür. Onun uğuru meditasiya, yüksək
incəsənət, muğamın dərinlikləri və incəliklərini bilməsindədir. Bu, bir daha
göstərir ki, yenilik ənənəni inkar etmir, əksinə onu gücləndirir. Ancaq bunu
böyük istedad edə bilər. Bu böyük istedad üçün muğam özünü reallaşdıramaq üçün
məkan, ali məqsədlər üçün yol, Azərbaycanın musiqi xəzinəsi üçün yoldur”, -
deyə "Baku” jurnalının baş redaktoru vurğulayıb.
Leyla Əliyevanın sözlərinə görə, Alim Qasımov yaradıcılığının
gücü onun dialoqa girmək bacarığıdır:
"Alim Qasımov onunla bir səhnədə olan musiqiçilər: – tar, kamança,
hətta saksofon və digər caz alətləri və təbii ki, tamaşaçılarla dialoq qurur.
Adətən bu dialoqun sonu onun səsi yuxarı, ali başlanğıcına yüksəlir. Sanki,
xanəndə astral vəziyyətinə keçir və muğamın gücü ilə tamaşaçıların yanına
yenilənmiş formada qayıdır.
"Baku” jurnalının bu nömrəsində Azərbaycan musiqi alətləri,
muğamın əsasları və məşhur muğam ifaçıları barədə xüsusi layihə olacaq”./