Livan PUA-larla İsrailə hücum etdi

Livandan buraxılan iki döyüş PUA İsrailin şimalındakı Beyt Hillel yaxınlığında partlayıb.

Sabahinfo.az xəbər verir ki,  bu  barədə İsrail mətbuatı məlumat yayıb. 

“İki döyüş PUA Livandan İsrailə daxil olub və Beyt Hillel bölgəsində partlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb”, - məlumatda deyilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı məskunlaşan ərazilərdə Hizbullah hərbi obyektlərinə zərbələr endirib.