Mahir Süleymanlı vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR

25 dekabr tarixində Şabran rayonu Pirəmsən kəndində,  Cümşüd Əsgərov adına Pirəmsən kənd tam orta ümumtəhsil məktəbinin inzibati binasında vətəndaşlarla növbəti görüşümüzü keçirdik.

Görüş zamanı sakinlərin müxtəlif sahələrə dair müraciətləri dinlənildi, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Mahir Süleymanlı

Milli Məclisin deputatı