"Mahirin sərt xasiyyəti var" - Kloze

Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

46 yaşlı mütəxəssis Kloze Mahirin emosionallığı haqda danışarkən bildirib: "Mahirin sərt xasiyyəti var. O, oyun zamanı ona xoş olmayan nəsə baş verərsə, bəzən əsəbiləşə bilər".

Qəzetin yazdığına görə, ümumən Kloze Mahirdəki inkişafdan çox razıdır: "Xoş və müsbət haldır ki, o, derbidəki kimi bloklar edərkən bundan öyünməyə başlayır. Mən onun formasının aydın şəkildə yaxşılaşdığını görürəm".