Masallıda seçicilərlə görüş

70 saylı Masallı şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov bu gün Masallı rayon qərargahında seçiciləri qəbul edib. 15 seçicinin iştirak etdiyi qəbulda şəhid ailəsi və qazilər də iştirak edib. Masallı rayon icra aparatından nümayəndələr və M.Məmmədovun köməkçiləri də görüşdə iştirak edib.