Məmur-vətəndaş münasibətlərinin İsmayıllı modeli

İsmayıllı rayonu ərazi vahidinə görə Respublikanın 4-cü böyük rayonudur. Həm ərazi, həm də dağ kəndlərinin çox olması burada yaşayan insanlara xidmətdə yüksək peşəkarlıqla yanaşı əzmkarlıq tələb edir. Onu da nəzərə alsaq ki, İsmayıllı həm də etnik mənsubiyyət baxımdan zəngin rayondur o zaman burada məmur-vətəndaş münasibətlərinin normal inkişafı, vətəndaşları razı salacaq işlərin görülməsi ilə bağlı hansı addımların atılması üçün ciddi planlar, və işlər görmək lazımdır….

Jurnalistika elə bir sahədir ki, bu sahədə tərif və ya kimisə öyüb yuxarı başa çıxaranda o dəqiqə hiss olunur. Bu zamana kimi qələmimi bu yöndə kökləməmişəm və kökləmək fikrimdə yoxdur. Ancaq gördüklərim və topladığım informasiyaların fonunda İsmayıllı rayonunda həyata keçirilən işlər, məmur-vətəndaş münasibətlərində tətbiq edilən metod və vətəndaş məmnunluğunu diqqətinizə çatdırmaq istəyirəm.

Uzun müddət yaşadığım, təhsil alıb, böyüyüb boya-başa çatdığım İsmayıllıda evimiz İcra Hakimiyyətinin binasının yaxınlığında yerləşib. Hər zaman da bu binaya həsədlə baxanlardan olmuşam. Çünki, bundan öncəki icra başçıları elə bir görüntü yaratmışdılar ki. binadan içəri daxil olmaq mənim üçün həlli görünməyən problem kimi görünürdü.

Ötən illərdə hələ dəyərli ziyalımız Mirdamət Sadıqov (allah rəhmət eləsin) işdən sonra icra hakimiyyətinin binası önündə yürüş edirdi. Yürüş zamanı rayon sakinləri ilə salamlaşdıqları da var idi. Onun bu hərəkəti məni çox heyrətləndirdi başçıya yaxınlaşıb bu hərəkətinə görə çoxsağol demək istəyəndə yanında olan o zamankı MTN şefi mənə qəbula yazılmağı məsləhət gördü. Mən isə əvəzində heç bir təmənna və istəyimin olmadığını bildirdim və bu istək alovlandığı kimi tez də söndü.

Bu misalı ona görə görətirəm ki, İsmayıllı rayonuna rəhbər təyin olunandan gərgin fəaliyyət göstərən Nahid Bağırov İsmayıllıda məmur-vətəndaş münasibətlərində yeni model ortaya qoyub. Bu modelin özəlliyi isə ondan ibarətdir ki. vətəndaşlara xidmətlə yanaşı onlarla xoş ünsiyyətdə olmaq, problemlərini dinləmək və ən əsası bir məmur kimi bu problemləri həll etmək.

 

Qısa bir araşdırma aparsaq görərik ki, N.Bağırovun İsmayıllıya rəhbərliyi müddətində nə sosial şəbəkə, nə youtube kanallarında İsmayıllı ilə bağlı bir dənə də olsun şikayyətə rast gəlinmək mümkün deyil.

Sosial şəbəkədə bir şəkil rastıma çıxdı. 8-10 yaşlı balaca qız uşağına rayon rəhbərliyi tərəfindən velosipet hədiyyə olunmuşdu. Bir çoxlarına adı informasiya kimi görünən bu xəbərin kökündə isə böyük bir hümanizm yatır. Belə ki, rayon rəhbərliyi bu qızcığazın bəlkədə əlçatmaz arzusunu reallaşdırıb. Onunla qısa da olsa söhbət edib və ya informasiya ona çatan kimi dərhal bu yöndə əməli addımlar atılıb. Bu foto isə onu deməyə əsas verir ki, Nahid Bağırov yaşından asılı olmayaraq hər bir İsmayıllı vətəndaşının probleminə həssaslıqla yanaşır və onun həlli üçün əlindən gələni edir.

Vətəndaş olaraq təbii ki, bir problem olanda dərhal rayon rəhbərliyinin diqqətinə çatdırmağa çalışır, problemin həllini gözləyirik. Ancaq etiraf edək ki, bir sıra məsələlər var ki, bu məsələlər nə deputatın, nə də icra hakimiyyətinin səlahiyyətində olan məsələlər deyil. Onlar ancaq sizə vasitəçi ola, probleminizin həllinin sürətləndirilməsi ilə bağlı aidiyyatı qurumlara müraciət edə bilərlər. Və aldığımız məlumatlara görə İsmayıllı rayonunda da bu istiqamətdə ciddi işlər görülür.

Şəhid ailələri və qazilərə xüsusi diqqət göstərən Nahid Bağırovun iş qrafikində bu ailələrə baş çəkmək, problemləri ilə maraqlanmaq önəmli yerlərdən birini tutur. Demək olar ki, rayon ərazisində olan bütün şəhid ailələri ilə təmas quran, qazilərlə görüşən Nahid Bağırov rayon nümayəndəliyinin rəhbərliyi vəzifəsinə də İsmayıllıda kifayət qədər nüfuzu olan qazini təyin edib. Bundan başqa şəhid ailələri və qazilərlə bağlı şöbə yaradılıb ki, bu şöbə vasitəsi ilə həssas təbəqədən olan ailələrin problemləri öyrənilir və dərhal həll edilir.

Hazırda pandemiya şəraitinin olduğu, yoluxma hallarının artdığı bir vaxtda rayon vətəndaşlarının virusdan qorunması yönündə davamlı işlər aparılır. Vopcap vasitəsi ilə yaradılan qurupun üzvü kimi bu yöndə kifayət qədər məlumatım var və çalışırıq ki, bu informasiyaları geniş oxucu kütləsinə çatdıraq. Bu işlərdə də diqqət çəkən məqam ondan ibarətdir ki. rayon icra hakimiyyətinin başçısı kimi maarifləndirmə işinə bir başa özü rəhbərlik edən Nahid Bağırov insanların çox olduğu ərazilərdə onlarla fərdi söhbətlər aparır. İnsanların COVİD-19 pandemiyasından qorunmaq üçün vacib olan prinsipləri sakinlərə sadalayır.

Sonda isə onu qeyd edim ki, İsmayıllı sakinləri “Coca-Cola” və “Efes” şirkətlərinin rayon rəazisində fəaliyyətə başlamasını böyük həvəslə gözləyir və ictimai rəydə belə bir fikir var ki, bu rayonda olan işsizliyin aradan qalxmasında və ümumilikdə İsmayıllının inkişafında mühüm rol oynayacaq.

 

Ədil Ədilzadə

Bakı-İsmayıllı-Bakı