Məşhur rejissorun vəziyyəti ağırlaşdı

Ötən gün xəstəxanaya yerləşdirilən tanınmış kinorejissor Eldar Ryazanovun vəziyyəti ağırlaşıb.
 
ANS-in məlumatına görə, rejissor şənbə günü - noyabrın 21-də Moskvanın mərkəzi klinik xəstəxanalarından birinə yerləşdirilib.
 
Eldar Ryazanovun yaxınları Rusiya mətbuatına danışarkən deyiblər ki, kinorejissor xəstəxanaya müayinə üçün yerləşdirilsə də, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
 
Eldar Ryazanov daha əvvəl də səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, evində olarkən özünü pis hiss edib və xəstəxanaya aparılıb. Məlum olub ki, kinorejissor infarkt keçirib. Bundan başqa müayinə zamanı onun ciyərlərində şiş də aşkarlanıb.
 
88 yaşlı Eldar Ryazanov 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları "Karnaval gecəsi", "Qusar balladası", "Avtomobildən qorun", "İşdə məhəbbət macərası", "Qaraj", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İki nəfərlik vağzal" filmləridir. Noyabrın 18-də kinorejissorun 88 yaşı tamam olacaq.