Millət vəkili Çilidə səfərdədir- FOTO

Milli Məclisin deputatı Azər Badamov 16 yanvar 2023-cü ildə “Congres Futuro-2023” beynəlxalq konqresinin açılış mərasimində iştirak etmək məqsədilə Çiliyə səfər edib.

Millət vəkili Sabahinfo.az-a bildirib ki, konqresin açılışı mərasimində Çilinin prezidenti Gabriel Boriç, Senatın sədri senator Alvaro Elizalde, Deputatlar Palatasının sədri Vlado Miroseviç, elm adamları və siyasətçilər çıxışlar edərək elm və texnologiyaların insan həyatına müsbət və mənfi təsirlərindən danışıblar.

Azər Badamovun sözlərimə görə, “Süni intellektin bizi keçmişə və gələcəyə necə apara biləcəyi”, süni intellekt və texnologiyaların siyasi proseslərə təsirləri, cinayətkarlığın araşdırılmasında istifadəsi, yaşıl enerjinin inkişaf etdirilməsinin vacibliyi, neftin insan həyatının inkişafında rolu mövzularında maraqlı məruzələr olunub. O, bildirib ki, konqresdə dünyanın müxtəlif yerlərindən siyasətçilər, elm adamları iştirak edib və tədbir 20 yanvar tarixinə kimi davam edəcək.

Eyni zamanda, səfər çərçivəsində millət vəkili Çilinin paytaxtı Santiyaqo şəhərində yerləşən Türkiyənin Çilidəki səfirliyinin iqamətgahında səfir xanım Gülcan Akoğuzla da görüşüb. Görüşdə iki qardaş xalqın tarixindən, ümummilli dövlət maraqlarının qorunması, düşmənə qarşı informasiya mübarizəsində diplomatlarımızın birgə fəaliyyətinin vacibliyindən söhbət açılıb. Müzakirədə Azərbaycanın Argentinadakı səfirliyinin Çilidəki diplomatik nümayəndəsi Kamran Ağakərimov da iştirak edib.