Millət vəkili qəbul keçirib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva  15 noyabr 2022-ci il tarixində YAP Qaradağ rayon təşkilatının inzibatı binasının qəbul otağında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların  müraciət və təkliflərini dinləyib.
    Vətəndaşlar əsasən işə qəbul olunmalarına, özünüməşğulluq proqramına cəlb edilmələrinə köməklik göstərilməsi, ünvanlı  sosial yardım təyin edilməsi, şəxsi problemlərinin həllinə maddi yardım göstərilməsi və digər  sosial məsələlərlə bağlı müraciət ediblər.
     Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
     Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər, hər belə qəbul  və görüşlərin dövlət başçısının vətəndaşların qəbulu və onların  problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.

Sabahinfo.az