Millət vəkili şəhid ailəsinin problemlərini dinləyib

Şəhid Dadaşov Nurlan Səyyad oğlu Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. Müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. Fizulinin, Kəlbəcərin azad edilməsində şücaət göstərib. 2020-ci il oktyabrın 2-si Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarasından həlak olub.

Millət vəkili Əminə xanım Ağazadə Qarasaqqal kəndində şəhid Nurlan Dadaşovun ailəsini ziyarət edib. Şəhidin valideyinləri ilə söhbət zamanı deputat onların güzəranı ilə maraqlanıb, problemlərini dinləyib. Onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlər ünvanlayacagina söz verib.