Millət vəkili şəhid qardaşının yubileyində - Foto

YAP-çı deputat Anar Məmmədov Tərtər rayonu Səhləbad kəndində Birinci Qarabağ müharibəsi şəhidi Rəhman Almuradovun qardaşı, kənd ağsaqqalı İman Almuradovu 80 illik yubileyi münasibətilə təbrik edib, ona səmimi arzularını çatdırıb, qayğıları ilə maraqlanıb.

Sabahinfo.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Qeyd edək ki, şəhid Almuradov Rəhman Məhəmməd oğlu 1953-cü il yanvarın 6-sı Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 1993-cü il mayın 19-u Lülǝsaz yüksəkliyində döyüş zamanı əl qumbarası partlayışından ağır yaralanıb və 3 gün sonra mayın 22-si aldığı yaradan şəhid olub.

O, subay idi. Səhləbad kənd qəbiristanlığında dəfn edilib.

Şəhid qardaşı şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlığını bildirib.