Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB

Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı hazırladığı bəyanat qəbul edilib.

“Report”un xəbərinə görə, bəyanatın mətnini deputat Ramin Məmmədov oxuyub.

Bəyanat səsverməyə qoyularaq qəbul olunub.

Bəyanatın lehinə 95, əleyhinə isə 1 deputat səs verib.

15:12

Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat hazırlayacaq.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, parlament tərəfindən həm qətnamə, həm də Fransanın sön dövrdə fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı:

“Təklif edirəm ki, bəyanatın qəbul edilməsi iclasın gündəliyinə daxil edilsin”.

Qeyd edək ki, Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılıb.

Sədr Səməd Seyidov olmaqla, komissiyanın tərkibinə deputatlardan Zahid Oruc, Sabir Hacıyev, Asim Mollazadə, Sədaqət Vəliyeva və Ramin Məmmədov daxildir.

Komissiya artıq bəyanatın mətninin hazırlanmasına başlayıb.