Elnur Allahverdiyev seçiciləri ilə görüş keçirdi  

Dünən seçicilərimizlə növbəti görüşümüzü reallaşdırdıq. Onları maraqlandıran, narahat edən problemləri, qayğıları dinlədik. Qaldırılan məsələlərin bir qismi ilə bağlı icra orqanlarına müraciətlər edəcəyik. Əminəm ki, onların həllinə nail ola biləcəyik.

Növbəti qəbullarda iştirak etmək istəyən sakinlərimiz müraciətlərini sosial şəbəkələrdəki hesablarım vasitəsilə mənə göndərə bilərlər. Dövlətimizlə birlikdə qarşımıza çıxan çətinlikləri dəf edə, problemlərimizin çözümünə nail ola bilərik. Çünki birlikdə güclüyük!

 

Milli Məclisin deputatı Elnur Allahverdiyev