Milli Məclisin deputatı Samir Vəliyev Nərimanov rayonunda növbəti vətəndaş qəbulu keçirib

Görüşdə iştirak edən yerli sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb.

Samir Vəliyev digər məsələlərin həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edəcəyini bildirib. O, bu görüşlərin vətəndaşlarla sıx ünsiyyət qurmaq, problemlərin həllinə daha effektiv yanaşmaq məqsədi daşıdığını qeyd edib.

Deputat vətəndaşların müraciətlərinə həmişə açıq olduğunu və gələcəkdə bu cür görüşlərin davam etdiriləcəyini vurğulayıb.