Milli Məclisin deputatı şəhidin anım tədbirində

Vətən müharibəsinin şəhidi Musaoğlu Ataməli Seyidməmməd oğlunun anım günündə əziz xatirəsi yad olundu. Şəhidin Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət edildi, önünə gül dəstələri qoyuldu. Daha sonra şəhidin ailəsi ziyarət olundu.

Musaoğlu Ataməli 16 oktyabr 2020-ci ildə Ağdərə ətrafında yüksəkliyin alınması zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən şəhidimiz "Vətən Uğrunda", “Suqovuşanın azad edilməsinə görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Aydın Hüseynov
Milli məclisin deputatı