Millimiz FIFA reytinqində gerilədi

Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.

Sabahinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1142 xalla 124-cü sırada qərarlaşıb.

Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri səbəb olub.

Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 43-cü yeri tutub.

Reytinqin zirvəsində dəyişiklik olub. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi liderliyi ələ keçirib. “Tanqoçular” 1840 xala malikdirlər. Fransa yığması ikinci pilləyə irəliləyibsə, əvvəlki reytinqin lideri Braziliya seçməsi üçüncü sıraya düşüb.