Miqrantlar üçün Azərbaycan dili kursunun 11-ci tədris ili başlayıb

AzQAC daimi olaraq qaçqın və məcburi köçkünlərlə iş aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar edir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq 11 ildir ki, əcnəbi miqrantlara təmənnasız Azərbaycan dili kursunu təşkil edir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur.

AzQAC-ın Miqrasiya şöbəsi bu il də öz layihəsinin davamı kimi , miqrantlar üçün AzQAC-ın Baş Qərargahında olan təmənnasız Azərbaycan dili kursunun 11-ci tədris ilinin açılışı olub. Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva, iştirakçıları salamladı, AzQAC-ın rolundan, kursun ötən ildəki uğurundan, şagirdlərin  cəmiyyətə fəal inteqrasiyasında və  kursun vacibliyindən danışb.

Tədbirdə  Fondların artırılması və gəlirgətirmə şöbəsinin müdiri  Emil Seyidəliyev, Kadrlar şöbəsinin məsul işçisi Şəhla Ramazanqızı,Qarabağ Regional Mərkəzinin  Koordinatoru Afaq Hüseynzadə və İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin  rəhbəri Elmir Acalov iştirak edib. Emil Seidəliyev  söz alaraq miqrantlara Aypara Cəmiyyəti rəhbərliyi və kollektivinin həmişə xüsusi diqqət və qayğısı olduğunu bildirib və yaradılmış bu imkandan istifadə edərək dil bacarıqlarını inkişaf etdirməyi tövsiyyə edib. Daha sonra Kadrlar şöbəsinin məsul işçisi Şəhla Ramazanqızı miqrant şagirdləri yeni dərs ilinə başladıqları üçün təbrik edib və dövlət dilimizin öyrənilməsinin onların gündəlik həyatlarını maneəsiz yaşamaları, məlumatlı və savadlı olmaları üçün vacib şərt olduğunu vurğulayıb.

Müəllimə Sona Hacıyeva müdavimlərin yeni kurs ili üçün qeydiyyatını apararaq ölkəmiz və dilimiz, tariximiz, coğrafiyamız haqqında məlumat verərək, ilk tanışlıq dərsinə başlayıb. Dərsin vaxt cədvəli miqrantların ümumi razılığına əsasən həftədə iki dəfə müəyyənləşib. Dərsdə ilkin olaraq 24 müdavim iştirak edib və onlara dərs ləvazimatı paylanılıb.