“Miraj” restoranında qan töküldü

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb, hadisə “Miraj” restoranının ərazisində baş verib. 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev  “Miraj” restoranında ofisiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

Tələbənin  anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır. Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır