Mövlud Çavuşoğlu: “Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”

“Azərbaycan Qarabağ zəfərindən sonra Ermənsitana əsaslı sülh təklif etdi”.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

“Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”, - o bildirib.

M.Çavuşoğlunun fikrincə, sülh müzakirələri sürətlənərək davam etməlidir: “Bu, Cənubi Qafqazdakı sabitlik üçün son dərəcə vacibdir”.

Nazir bildirib ki, Ermənistan-Azərbaycan əlaqələri həm də Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpasına təsir edir.