“Narkomaniya, onun psixoloji səbəbləri mövzusunda regionlarda tədbirlərin təşkili” layihəsi davam edir

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti"İ.B. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə “Narkomaniya, onun psixoloji səbəbləri mövzusunda regionlarda tədbirlərin təşkili” layihəsi İsmayıllı Rayonunda Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov , DİN Rayon narkotiklərlə mübarizə Baş İdarəsinin polisləri, həkim və ziyalıların iştirakı ilə keçirildi.

İclası Nəsimi müəllim açaraq, Rayonda son vaxtlar gedən inkişaf proseslərindən,çətin iqlim və relyef şəraitindən,sosial problemlərdən danışdı.Təşkilatın sədri Bahar Qasımova dünyanı bürüyən,bəşəriyyətin ən aktual problemi olan Narkotik vasitələrin dövriyyəsi,istifadəsi və onlarla mübarizə yollarının ictimaiyyətlə birgə aparılması barədə məlumat verdi. Təşkilatın Hüquq Departamentinin rəhbəri Şəfiqə Nağıyeva ziyalılarımızı ,müəllimləri,valideynləri ayıq-sayıq olmaga çağırış etdi.Şəfiqə xanım bildirdi ki,Gənclər aludə olduqları psixotrop maddələrin ziyanından,gələcək fəsadlarından,Cinayət Məcəlləsində verilən cəzadan xəbərdar olmalı,əzizlərini,qonşularını, dostlarını qorumalı,çəkinmədən, lazım gəldikdə aidiyyatı orqanlara məlumat verməlidirlər.

DİN nümayəndəsi polis kapitanı Rayondakı vəziyyətdən,əhali arasında torpaqlarda çətənək əkmək meyilliliyi oldugundan, onlarla aparılan  mübarizədən,digər faktlardan məlumat verdi.Rayonun həkimi Malik Mayılov zərərli maddələrin gənclərə verdiyi ziyanından,cəza çəkib, qayıdan insanların ictimaiyyətə adaptasiyasından,müalicə olmaq istəyənlər üçün Reabilitasiya Mərkəzlərinin azlığından (Dövlət ) bəhs etdi. Sonda Təşkilatın sədr müavini, psixoloq Vəfa Abbasova iclas iştirakçıları ilə sual-cavab şəklində layihəni müzakirə etdi. Pasientlərinin arasında hətta 9 yaşlı qız uşağının olduğunu bildirdi.İntihar hallarının səbəblərindən məlumat verdi.Valideylərə,müəllimlərə belə  gənclərin vaxtında psixoloqlara müraciət etmələrini tövsiyyə etdi.Sonda Xatirə şəkilləri çəkildi.

P.S.Layihədən əlavə Vəfa Abbasova şəxsi vəsaiti hesabına Rayonun  aztəminatlı 10 ailəsinin uşağına məktəb çantaları,dəftər-qələm və s.əşyalar təqdim etdi.

Bizi  Narkotik istifadəçilərinin,satışının,yayımının, kuryerlərin arasında qadın və uşaqların  artması çox narahat edir. 

Hər bir Vətəndaşı birlikdə mübarizəyə qoşulmağa çağırırıq.