Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü və sərnişini saxlanılıb.

Sabahinfo.az xəbər verir ki, iyulun 24-də saat 21 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində işıq cihazlarından düzgün istifadə olunmayan “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü - Yevlax rayon sakini Pərviz Rüstəmovun və avtomobildə olan həmyerlisi, əvvəllər məhkum olunmuş Şaiq Şirinovun narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub. Onlar Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.