Naxçıvanda qumar oynayan şəxslər saxlanıldılar

Naxçıvanda qumar oynayan şəxslər müəyyən ediliblər.

APA-nın əldə etdiyi xəbərə görə, Şərur Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qumar oyunu oynamaqda şübhəli bilinən Vüqar Ağayev, Vaqif Əhmədov, Nizami Ağayev və Salam Seyidov saxlanılıblar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.