Nazir müavini xəstəxanadan evə buraxılıb, vəziyyəti yaxşıdır

Xəstəxanaya yerləşdirilən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov artıq evə buraxılıb.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

S.Məmmədova bildirib ki, İ.İsmayılov işdən çıxan zaman yıxılıb və qabırğası çatlayıb. Onun sözlərinə görə, İ.İsmayılov xəstəxanaya yerləşdirilərək müayinədən keçib və lazımi tibbi yardım göstərilib.

Nazirlik rəsmisi qeyd edib ki, nazir müavini artıq evə buraxılıb: “Hazırda İsmayıl müəllim evdədir, vəziyyəti yaxşıdır, özünü yaxşı hiss edir və yaxın günlərdə işə çıxacaq”.