"Neftçi" "Beşiktaş"a qarşı

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Neftçi" də meydana çıxacaq.

Adrian Mutunun komandası Bakıda Türkiyə "Beşiktaş"ını qəbul edəcək.

Qardaş ölkə təmsilçisi ilə oyun saat 21:00-da başlayacaq.