Novruz Aslan seçiciləri ilə növbəti görüşünü keçirib

Növbəti dəfə seçicilərimizlə görüş keçirdik İyunun 5-də İsmayıllı rayonuna növbəti səfərimizi təşkil etdik və rayonun Uştal, Soltankənd və Qalagah kəndlərində seçiciləri ilə görüşdük. Epidemioloji qaydalara uyğun olaraq keçirilən qəbula gələn sakinlər şəxsi məişət problemləri ilə yanaşı kəndin su, yol problemləri, iş və təhsil ilə bağlı məsələləri diqqətimizə çatdırdılar. Bir neçə məsələ yerindəcə həll edilib, həlli zaman tələb edən məsələlər barədə əlaqədar qurumlara müraciət ediləcəyini bildirdik. Əhaliyə dəstək məqsədilə ərzaq yardımların edilməsi nəzərdə tutulub.

Novruz Aslanov
Millət vəkili