“Odlar Yurdu” Azərbaycan Xalq mahnı və rəqs ansamblı Ümumsibir müsabiqəsinin birincisi oldu

Noyabrın 5-dən 7-dək Krasnoyarskda M.S.Qodenko adına həvəskar xoreoqrafik kollektivlərin açıq Ümumsibir müsabiqəsi keçirilmişdir. Müsabiqə hər il Krasnoyarsk diyarının Mədəniyyət Nazirliyinin, Dövlət Xalq Yaradıcılığı Mərkəzinin dəstəyi ilə keçirilir. Bu tədbir Rusiyanın hər yerindən qrupları əhatə edən ən əlamətdar və irimiqyaslı xoreoqrafik müsabiqələrdən biridir. Müraciət edən iştirakçıların sayı 2000-dən çox olub, ümumilikdə 16 laureat ayrılıb.

“Odlar Yurdu” Azərbaycan Xalq mahnı və rəqs ansamblı ilk dəfə olaraq 19-35 yaşlı böyüklər kateqoriyasında “Xalq səhnəsi ənənəvi rəqsi” nominasiyasında qadın kompozisiya, həmçinin kişi komandasının ifasında “Şələqoy” rəqsi təqdim olunub. Qeyd edək ki, “Odlar Yurdu” ansamblı münsiflər heyəti tərəfindən Rusiyanın ən güclü milli komandalarından biri kimi seçilib. Bu, hamımız üçün böyük qürurvericidir. “Ansamblın kollektivi bu qələbəni bütün Azərbaycana həsr edir. Eyni zamanda hər kəsi Azərbaycanın Qələbə Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edirik! Bu əlamətdar hadisədə əməyi olan hər kəsə – ansamblın baş xoreoqrafı Rauf Zeynalov, Azərbaycan Respublikasının Əməkdar artisti Xanlar Bəşirova, ansamblın direktoru Səadət Qarayevaya, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun rəhbəri olduğu Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatına, bədi rəhbər Aqil Cəfərova, bütün repetitorlara, və təbii ki, “Odlar Yurdu” ansamblının bütün bəstəkarlarına təşəkkürümüzü bildiririk”,-deyə ansambldan saytımıza bildirilib.

Sabahinfo.az