Oğlana naz edən qız «Ferrari»ni görüb fikrini dəyşdi – Biabır oldu - VİDEO

Qızların oğlana yox, onun sürdüyü avtomobilə daha çox dəyər verdiyini sübut edən daha bir video sosial şəbəkələrdə yayılıb. Avtosfer.az-ın verdiyi xəbərə görə, videoda türk oğlan qısa geyimli sarışın qıza yaxınlaşır. Qız gözünü telefonundan ayırmadan oğlanı başından edir: «Türkcə bilmirəm» deyib uzaqlaşmağa çalışır. Oğlan isə nə qədər dil töksə də, heç nə alınmır: «Əhəmiyyətli olan danışıb anlaşmaqdır. Dilin nə fərqi var ki?» deyib qızı yola gətirməyə çalışır. Oğlan «Ferrari»nin yanından keçəndə pultla avtomobilin qapısını açır. Qız tanış olmadığına peşman tərzdə donub qalır. Oğlanı xoş sözlərlə ələ almağa çalışır: «Qəşəng maşındır. Zövqün yaxşıymış. Əla seçimdir. Minmək olar?».

Lakin oğlan qızı maşınına yaxın buraxmır. "Mənim sənin kimilərlə işim olmaz. Türk qızlarına qurban ol. Belə mal kimi qalarsan. Sağ ol» - deyərək, qazı basıb uzaqlaşır. Qız isə bir xeyli gedən maşının dalınca baxaraq qalır, bayaqdan gözünü çəkmədiyi telefonu heç yadına da düşmür.

Həmin videonu təqdim edirik: