Ölkəmiz regionda daha da inkişaf etmiş dövlətə çevrilir

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qeyd olunan məqamlar bir daha təsdiq etdi  ki, əvvəlki illərdə olduğu kimi uğurlu inkişaf bu ilin 6 ayı ərzində də davam edib və bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir.

Belə ki, iqtisadi sahədə aparılan şəffaf islahatlar nəticəsində 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Aydın görünür ki, həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. Dünyada neftin qiyməti qalxması nəricəsində dünyanın kapital bazarlarlarının çökməsi  digər ölkələr kimi bizə də mənfi təsir etsədə biz islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb.  Bu da iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin effektli nəticəsidir.

Möhtərəm Prezident  müşavirədə Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsinə də toxundu. Azərbaycanın  regionda vəziyyətin normallaşması istiqamətində lazımi addımları atmasına baxmayaraq, Vətən müharibəsindən 1 il 8 ay  ötsədə, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Bu məsələdə, sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Bizim bu mövqemiz eyni zamanda,  Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Türkiyə ilə, Rusiya ilə, İran tərəfindən dəstəklənib və sülh danışıqlarının başlanması üçün əsas yaradılıb.

Bu gün Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırır və öhdəliklərini yerinə yetirmir. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Azərbaycan qalib ölkə kimi  öz ərazi bütövlüyünü  bərpa edib. Bunun üçün qalib ölkənin - Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək lazımdır. Azərbaycan  10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra edirsə , Ermənistandan da bu məsələyə eyni yanaşmalıdır.

Azərbaycan Ordusunun müasirləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Bu altı ay ərzində hərbi sahədə, eləcədə hərbi təhsildə  ciddi islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Yeni silahlı birləşmələr yaradılıb,yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır. Tez bir zamanda işğaldan azad edilmiş hadrutda və Kəlbəcərdə komando qüvvələrinin hərbi hissələrə yaradılması onu göstərir ki, Azərbaycanda 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə gedir.

Qalib ölkə kimi bu gün şərtləri diktə edən tərəf Azərbaycandır. Ermənilərin nə deməsindən asılı olmayaraq, biz qarşımıza qoyduğumuz məqsədə doğru qətiyyətlə  irəliləyirik. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarda möhtəşəm abadlıq quruculuq yenidənqurma işləri sürətlə davam edir.Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin maliyyə imkanları hesabına vətəndaşlarımızın rahat, firavan yaşaması üçün Qarabağ və Zəngəzur yenidən qurulur. Azərbaycan postmünaqişə dövründə qarşıya qoyduğu vəzifələri plan üzrə yerinə yetirir. Artıq hər birimiz  Qarabağ və Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri çərçivəsində böyük və əhəmiyyətli  layihələri həyata keçirdiyinin şahidi oluruq. Müasir standartlara cavab verən yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Bir sözlə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri bütün dünyaya nümunə olaraq nümayiş etdirilir.

Azərbaycan bütün Cənubi Qafqaz regionunda inkişafa, sülhün və  əmin-amanlığın  yaradılmasına daim səy göstərir. Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Əgər Ermənistan bu tarixi fürsəti əldən qaçırsa, ən çox uduzan erməni xalqı olacaqdır. Bu halda hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyət də məhz Ermənistanın üzərinə düşəcəkdir.  Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri