Ötən gün neçə nəfərə peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 76 vaksin vurulub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 52, ikinci doza üzrə 8 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 8  nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 8 nəfər təşkil edib.