Ötən gün ölkədə heç kim vaksin vurdurmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 957 429, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 408 896, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 299, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 028 nəfər təşkil edir.